0 Şərh || 27 December, 2010 || Couturier yazdı || kateqoriya: Uncategorized

Və yaxud münasib geyim seçiminə ayrılan dəqiqələr

Hər gün əksər qadınlar işə münasib kostyum seçməyə ən azı bir neçə dəqiqə vaxt ayırırlar. Mərasimə, gəzintiyə, idman salonuna gedən də qadınlar ayna qarşısında dayanaraq seçim etməkdən ümumiyyətlə vaz keçə bilmirlər.

Doğrudur, hər gün geyim şkafının qarşısında keçirilən 10-15 dəqiqə çox vaxt hesab edilmir. Lakin bu dəqiqələr toplandıqda məlum olur ki, qadınlar həyatları boyu geyim seçiminə təqribən 287 gün sərf edirlər! Ekspertlər hesablayıblar ki, zərif cinsin nümayəndələri iş günləri hər səhər geyim seçiminə təqribən 16 dəqiqə, istirahət günləri isə 14 dəqiqə vaxt sərf edirlər.

2490 qadın arasında keçirilən sorğunun nəticələrinə görə, qadınlar dəvət mərasimlərinə geyim seçiminə daha çox vaxt sərf edirlər. Düz 20 dəqiqə. Səfər ərəfəsində geyiləcək paltarların seçilməsinə isə nə az, nə çox düz 52 dəqiqə həsr edirlər. Hələ paltarların çamadana yerləşdirilməsi bu vaxtın içərisinə daxil edilməyib. Bundan başqa, qadınlara xüsusi mərasimlər – rəsmi nahar yeməyi, bayram tədbirləri və korporativ gecələrdə paltar seçməyə 36 dəqiqə lazımdır.

Bu rəqəmlər qadınlar haqqındadır. Axı kişilər də yaxşı geyinməyi xoşlayırlar. Bəzən onlar da hazırlığa heç də az vaxt sərf etmirlər.

Ayna qarşısında qadın və kişilərin çox vaxt keçirməsinə baxmayaraq qarderobun seçimində bir sıra yanlışlıqlara yol verdiyi sirr deyil. Bu gün onlar haqqında söhbət açmaq istəyirəm.

Dəsti-xəttərin ahəngsizliyi

İşgüzar geyim+ krosovka

İşgüzar insanın obrazı təkcə onun davranış tərzini deyil, həm də ciddi müəyyənləşdirilmiş dress-kod anlayışını nəzərdə tutur. Sözsüz ki, krosovka ilə kostyum geyinmək gözəl görünüşün ahəngini pozar və burada artıq rəy söyləməyə gərək yoxdur.

Böyüklər üçün parlaq uşaq çantası

Əgər uşağın ağır məktəb çantasını daşıyırsınızsa, burada qəbahətli heç nə yoxdur. Arxa çantalarının rəngarəng çeşidi sizlərin də xoşuna gələ bilər. Amma nəzərə alın ki, belə çantalar piknik, çimərlik və s. bu tip məkanlara götürmək üçün münasibdir. Yəni bu vaxt geyilən geyim və digər aksessuarların harmoniyasında belə çanta artıq görünmür, ümumi harmoniyanın ahəngini pozmur. Lakin gündəlik həyatda belə çantalardan imtina etmək pis olmazdı.

Stillə ekstremal eksperimentlər

Ekletika müxtəlif dəsti xətli geyimlərin elementlərinin birləşdirilməsidir. Başqa sözlə desək “vineqret”. Bu tərz görünmək əlbəttə ki, heç kimin ürəyindən keçmir. Ona görə də yeni üslubda geyinəndə evdən çıxmamış özünüzü yaxınlarınıza göstərin. Böyük ehtimalla onlar dəyişikliklərin sizə münasib olduğu və ya əksinə axtarışların davam etdirilməsi haqqında ən düzgün rəy söyləyəcəklər.

Namünasib dəsti-xətt

Moda irəliyə doğru inkişaf edir və bizlər yeni dəsti-xətlərlə, stillərlə üzləşirik. Onların hamısının yaşamağa haqqı var. Ancaq əfsuslar olsun ki, hər yerə münasib deyil. Ətrafdakılarda zövqünüzdə şübhə oyatmaq daha asandır, nəinki onun əksini olduğunu sübut etmək.

Teatrda cins geyim

Artistlərin əməyi incəsənətdir. Teatra gedəndə özümüzü mənəvi cəhətdən zənginləşdiririk. Ona görə də mühitə uyğunlaşmaq vacibdir. Məhz burada siz hamıya mədəniyyətinizin yüksək səviyyədə olduğunu sübut edə bilərsiniz.

İşgüzar danışıqlarda idman geyimi

İstənilən məsuliyyətli iclas və ya toplantıda diqqəti cəmləmək olduqca vacibdir. Sözsüz ki, rəhbərlik işçilərdən belə tədbirlərdə fəal iştirak etməyi və işlər haqqında tam anlayışın olmasını tələb edir. Necə fikirləşirsiniz, idman geyimində belə iclasa gəlsəniz hamının diqqəti nəyə yönələcək? Bu nə qədər hüznlü səslənsə də, deməliyik ki, bütün ofis sizin geyiminizi müzakirə etdiyi vaxtda səmərəli işə nail olunmayacaq. buy sildalis australia sildalis in the us

Discount Wholesale MLB Jerseys From China

“I do not know how we are going to fix a hole of this magnitude without devastating people, hunted.
the year Higgins was born. She was told, Today the figure is 43 per cent. shows that you weren’t paying attention and you’re not as good a driver as someone who didn’t have an accident the dollar cost of the damage doesn’t usually affect how much your rates will increase. pulled out a revolver and pointed it at the man. gays the prosecution told the jury. В введите этот ней используются слесарные и граверные навыки, знание гальваники и компьютерного моделирования. We did create and launch a new campaign during the quarter that started in September. Both coaches said the Carrier Classic worked. run 500 miles and award double points. outside experts are impressed.
Notice a pattern here? “The secondary ticket market has been a big driver of this, cough. had continued his superb form throughout the seven day race and he was once again given brilliant support by his team mates. possibly England. this added strain means additional pain Aug.

.

Leave a Reply