backBloq

Trençkot nədir?

01 May 2019 - #moda

Əsasən sukeçirməyən materialdan hazırlanan, içi astarlı plaşa trençkot ( trench coat) deyilir. Trençkot dedikdə ilk olaraq ağıla İngilis moda markası olan Burberry gəlir. 1914-cü ildə Birinci dünya müharibəsi zamanı Tomas Burberry döyüş zonalarında istifadəyə yararlı olan qabardindən plaş hazırlamaq tapşırığı alır. Tomas plaşın siluetini daha dar edir, çiyinlərə epoletlər, ciblərə düymələr, dəri kəmər əlavə edir. Qollara küləyi buraxmamaq üçün kəmərlər birləşdirilir. Sağ çiyində atışma zamanı zərbəni yumşaldan parça əlavə yerləşirdi. Yeni ixtira "tranşey palto" - trench coat adını alır və Burberry-yə populyarlıq qazandırır.

Çinici mağazalarında müxtəlif rəng və dizaynda trençkot modelleri ilə tanış ola bilərsiniz. 

 

 

Moda xəbərləri

Not Related Element

Xəbərlərə abunə olun